Bakıda avtobusa it mindirdilər – Video

09.07.2018 - 00:31

Bakıda sərnişin avtobuslarının birinə it mindiriblər. Özü də təhlükəsizlik tədbirlərinə əməl etmədən. Sərnişinlərdən biri avtobusa it mindirib. Digər bir sərnişin isə bu anı videoya çəkib. Bu görüntülər paytaxtda sərnişin daşıma ilə məşğul olan avtobusların birində lentə alınıb.
Bizimyol.info xəbər verir ki, kadrlardan aydın olur ki, avtobusa böyük bir it mindirilib. Üstəlik təhlükəsizlik qaydalarına əməl edilmədən. Bu görüntülər bir daha avtobuslara ev heyvanlarının daşınma məsələsini gündəmə gətirib.Sərnişinlərin münasibəti buna bir mənalıdır. Onlar bu cür hərəkətin təhlükəli olduğunu bildirirlər.
Sürücülərin əksəri isə belə hallara yol vermədiklərini deyirlər. Sürücülər bəzi hallarda bunun mübahisə ilə nəticələndiyini də deyirlər. Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, bu məsələ qanunvericilikdə öz əksini tapıb. Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən, ev heyvanının bu şəkildə daşınması qadağandır.
İnzibati xətalar məcəlləsinə görə, bu qaydaları pozan şəxslər 40 manat məbləğində cərimə edilə bilər. Ekspert bu qanunvericiliyin təcrübədə az tətbiq edildiyini də bildirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121251

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930