Musiqili Teatr 109-cu mövsümünə “O olmasın, bu olsun”-la başlayacaq

04.09.2018 - 02:02

Sentyabr ayının repertuarı

 Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə 20 sentyabr saat 19:00-da  Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova Cumhuriyyet.net-ə bildirib ki, açılış mərasimində nümayiş olunacaq  bu ölməz əsər Xalq Artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun(Məşədi İbad) iştirakı ilə təqdim ediləcək. Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) nümayiş olunacaq.

Teatr kollektivi sentyabr ayının axırıncı həftəsonu – 28-də “Ər və arvad” (Ü.Hacıbəyli), 29-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da“Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləriilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azərbaycan  Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122255

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930