Nüfuzlu ziyalılar ictimaiyyətə çağrış etdi: “Nigarı ölməyə qoymayaq”

05.09.2018 - 10:50
Tanınmış jurnalist və yazar, Prezident təqaüdçüsü Nigar İsmayılqızının ağır leykoz (qan xərçəngi) xəstəliyinə tutulması ilə bağlı məlumat vermişdik. N.İsmayılqızı dünən- sentyabrın 3-də Türkiyənin “Hacettepe” Xəstəxanasına yerləşdirilib. Tanınmış yazar N.İsmayılqızı Azərbaycanın ən üzdə olan gənclərindən biridir, o bütün fəaliyyətini dövlətçilik, milli maraqlar üzərində qurub. Bir sıra kitabların müəllifi olan N.İsmayılqızının sənədli filmləri dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edib, Azərbaycanda və Türkiyədə bir çıx titullara sahiblənib. 33 yaşlı gənc yazar N.ismayılqızıictimai fəaliyyəti ilə daim nümunə olub.
N.İsmayılqızının bu vəziyyətində ölkəmizin bir çox ziyalıları AZXEBER.COM-a danışaraq dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər.
Dünya şöhrətli azərbaycanlı, xalq yazıçısı Çingiz Abdullayev:
“Nigar çox istedadlı və peşəkar gənclərimizdəndir. Onda ağır leykoz xəstəliyinin aşkarlanması bizim hamımızı üzür. Kaş ki, o bu xəstəliyə tutulmayaydı. Mən bu xəbəri böyük ürək ağrısı ilə qarşıladım. İndiki məqamda hər birimizin borcu onun yaşamasına nail olmaqdır. Mən buradan üzümü səlahiyyətli şəxslərə, iş adamlarına, imkanlı adamlara tutaraq müraciət edirəm ki, Nigarı xilas edək. İmkan verməyək ki, gələcəkdə Azərbaycana böyük töhfə verə biləcək istedadlı bir gənc aramızdan getsin”.
Dünya muğam ustası, xalq artisti Alim Qasımov:
“Nigarın xəstəliyi ilə bağlı xəbəri oxudum və çox məyus oldum. Axı Nigar hələ gəncdir, onun nə yaşı var ki, belə bir böyük xəstəliyə düçar olsun!? Hər birimiz, xeyriyyəçiliklə məşğul olan fondlar, təşkilatlar,  müvafiq dövlət qurumları və iş adamları bu məsələdə fəallıq nümayiş etdirməlidir. Biz parlaq bir gəncin ağır xəstliklə mücadiləsində ona dəstək olmalıyıq, bu işə biganə qalmamalıyıq”.
Xalq artisti Fəxrəddin Manafov:
“Çox təəssüf ki, biz belə xəbərlər də alırıq. Nigar istedadlı yazıçı, peşəkar jurnalist və tanınmış aparıcıdır. Biz mümkün olan bütün imkanlardan istifadə edərək onu ölümün pəncəsindən almalıyıq. Nigar kimi gənclərə hər birimizin böyük ehtiyacı var. O yaşamalı və yaratmalıdır. İnanıram ki, belə də olacaq”.
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmov:
“Mən bu xəbərdən çox sarsıldım. Amma ümidimizi itirməyə dəyməz. İnşaallah ki, göydə Allahın, yerdə humanist, xeyriyyəçi şəxslərin dəstəyi ilə Nigar ayağa qalxacaq.Mən buna inanıram və daxilən hiss edirəm ki, o sağlamlığına qovuşacaq. Nigar kimi gənclərə cəmiyyətimizin böyük ehtiyacı var”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930