Zeynəb Xanlarovanın oğlu: “Anam tez-tez Azərbaycana gəlib-gedir”

07.09.2018 - 11:39

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovadan uzun müddətdir ki, xəbər yoxdur. Bəzi iddialara görə, sənətkarın səhhətində problemlər yaranıb.

Modern.az saytı iddialara cavab almaq üçün oğlu Ramin Babayevlə əlaqə saxlayıb. Ramin Babayev saytımıza açıqlamasında deyib ki, anasının səhhəti normaldır və o, sənəti ilə məşğuldur.

“Bilirəm ki, Zeynəb Xanlarova ilə hamı maraqlanır. Araya bir az sükut çökən kimi şayiələr yayılır. Övladı olaraq deyə bilərəm ki, anamın səhhəti çox yaxşıdır. Yay boyunca həm istirahət edib, həm də sənəti ilə məşğul olub.  Gah Amerikada, gah da Türkiyədə olur. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, bir neçə şəhərdən konsert verməsi ilə bağlı təkliflər gəlib. Çalışır ki, təklifləri cavabsız qoymasın, konsertlər versin. Demək olar ki, Zeynəb xanım tez-tez Azərbaycana gəlib-gedir. Yeni mövsümdən ölkədə olacaq”.

Ramin Babayev öz işlərindən də söz açıb.

“2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində lğzv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nəsə yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122418

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930