Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyununda heç-heçə edib-VİDEO

08.09.2018 - 11:28

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

“Report” xəbər verir ki, “D” Liqasının 3-cü qrup matçında rəqib Kosovo millisi olub.

Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.

Matçın sakit keçən ilk yarısı ilə müqayisədə ikinci hissə daha maraqlı alınıb. Buna əvəzləmələrin də təsiri olub.

61-ci dəqiqədə Ruslan Qurbanov Təmkin Xəlilzadəyə, 66-cı dəqiqədə Emin Mahmudov Dmitri Nazarova, 74-cü dəqiqədə Ramil Şeydayev Rauf Əliyevə yerini verib. 69-cu dəqiqədə isə Azərbaycan millisinin hücumu zamanı top cərimə meydançası daxilində rəqib müdafiəçinin əlinə dəysə də, referi penalti təyin etməyib.

Bir neçə epizodda isə təhlükəli hücumları qolla tamamlamaq mümkün olmayıb.

Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçından qolsuz bərabərliklə ayrılıb. Qurbanovun yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşünə təsadüf edən ilk sınaq matçında da eyni hesab qeydə alınmışdı – 0:0.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930