Cəlilabad RTŞ-nın müdir əvəzi məktəblərdən pul yığır – Şikayət

01.10.2018 - 11:41

Cəlilabad rayonunun ziyalıları rayon təhsilində baş verən haqsızlıqlardan və özbaşınalıqlardan şikayət edirblər.

Cumhriyyet.net paytaxt.org-a istinadən xəbər verir ki, bu barədə sayta rayon ziyalıları şikayət məktubu ünvanlayıblar. Onların bildirdiyinə görə, Cəlilabad RTŞ-nin müdir əvəzi Hafiz Cavadov özünəməxsus “taktiki” dəyişikliklər edərək xərac toplamağa başlayıb. Hafiz Cavadov əvvəllər də əlaltılarının vasitəsilə 129 məktəb direktorunu istismar edilməsində sabiq RTŞ-nin müdirinə yaxından köməklik edib. Adı bir çox qalmaqallarda hallanan H.Cavadov müdir əvəzi olandan sonra hər kəsdə narahatlıq yaranıb.


Şikayətçilərin iddialarına görə, o, 129 məktəb direktorunu RTŞ-yə çağırıb və onun rəhbərliyi altında işləmək istəyənlərə yeni “qiymətlər” açıqlayıb.

Bundan başqa şikayətçi ziyalılar iddia edir ki, Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında paralel siniflərin yaradılmasını da təşkil edir.

Yeni “dəyişikliyə” görə, indi artıq “aylıqlar” inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir.

Şikayətçilərin bildiriblər ki, kontingentindən asılı olaraq kiçikli-böyüklü bütün məktəblərə “aylıq hesab” qoyulub. İddiaya görə, hər məktəbdə 3-5 texniki işçi ştatının əmək haqlarının da Hafiz Cavadova verilməsi tapşırılıb.

Bu səbəbdən də narazı ziyalılar Prezidentə və Baş Prokurora müraciət edəcəklərini bildirirlər.

Bununla bağlı Cəlilabad RTŞ-nin müdir əvəzi Hafiz Cavadovla əlaqa saxladıq. Lakin o, sözügedən şikayətə münasibət bildirmədi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123103

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031