Araz Əlizadənin hara bağlı olduğunu hər kəs yaxşı bilir – Deputat

01.10.2018 - 15:41

“Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır”.

Cumhuriyyet.net “Report”a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin oktyabrın 1-də keçirilən ilk plenar iclasında deyib.

O qeyd edib ki, Araz Əlizadə indiki çıxışları ilə keçmişini unutdura bilməz, onun hara bağlı olduğunu hər kəs yaxşı bilir: “Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovla əlaqəsi, 1990-cı illərdə parlamentdəki çıxışlarını yaxşı xatırlayırıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq deyib ki, bir-birinizə qarşı dözümlü olun: “Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930