Qarabağ mitinqində çoxluğu Müasir Müsavat üzvlər təşkil edirdi

02.10.2018 - 15:08

“Biz Qarabağa dəstək mitinqinə partiya olaraq qoşulmağa göstəriş vermişdik. Həmin mitinqdə elə ən çox iştirak edənlər də müasir müsavatçılar idi. Sadəcə, aparıcılar qısqanclıqdan adımızı çəkmədilər”.

 

Cumhuriyyət.net xəbər verir ki, Bunu AzEuroNews.com–a Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev Qarabağ Komitəsinin təşkil etdiyi mitinqlə bağlı danışarkən deyib. MMP sədrinin sözlərinə görə, Qarabağ mitinqi ümumi mənafeyə xidmət edir və məqsəd dövlət başçısına münaqişənin həllində dəstək verməkdir.

 

H.Hacıyev təəssüf edir ki, mitinqə Qarabağ bölgəsindən olan deputatlar, ziyalılar qoşulmadı: “Bu mitinqə yüzminlər gəlməliydi. Qarabağ hamımızındır. Bu mitinqdə heç bir siyasi şüar səslənmədi, partiyalar arasında fərq qoyulmadı.

 

Mən hakim partiya ilə, özünü ana müxalifət adlandıranlarla, satqınlarla Qarabağ naminə mitinqdə birgə iştirak etməyə hazıram. Düzdür, buna görə bizi qınayacaqlar. Amma olsun, torpaqlarımızın azadlığı üçün buna da gedərik. Ancaq Əli Kərimli, İlqar Məmmədov, Cəmil Həsənli kimiləri Qarabağ maraqlandırmadı. Halbuki, biz dövlətin maraqları üçün ordayıq.

 

Prezidentə dəstək verməliyik ki, xarici səfərlərdə xalqın səbr kasasının dolduğunu nümayiş etdirsin. Ona görə də özünə ana, dədə müxalifəti deyənlərin bu mitinqlə maskası bir daha yırtıldı”.

 

H.Hacıyev bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyada 7 rayonun qaytarılması tələbinə dəstək verilməsinin vacibliyini vurğuladı: “Bu mitinqlər davam etməlidir, dövlətə dayaq olmalıyıq, sağ olsun, Eldar İbrahimov da çağırış eləmişdi.

 

Sadəcə, bu ilk mitinq idi. Növbəti aksiyalarda planlaşma olmalıdır, kimə çıxış üçün söz verilməli olduğu deyilməlidir. Hələlik komitə təzə hazırlanıb. Pənah Hüseyn kimi güclü siyasətçi var, Akif Nağı kimi meydan təcrübəsi olan insanlar var. Biz daha yaxşı təşkilatlanmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031