Günah sürücüyə “D” kateqoriyası verən orqandadır – MMC-nin icraçı direktoru

02.10.2018 - 16:24

3 aydır işə götürmüşdük, heç bir problemi yox idi. Əvvəllər yol-nəqliyyat qəzası ilə bağlı icbari iş alıb, bunu da bilirdik. Bizdə işləyən sürcülərin əksəriyyəti köhnə sürücülərdir.

Cumhuriyyət.net xəbər verir ki, bu sözləri “Ayşən LTD” MMC-nin icraçı direktoru Zabil Hüseynovun “Ölkə.Az”a verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, 160 saylı xətt marşrutunu idarə edən Əlixan Şirəliyev təzə işçi olub:

Xətt marşrutun icraçı direktoru Ə. Şirəliyevə sürücülük vəsiqəsi verən dövlət yol polis idarəsini də ittiham edib. Z.Hüseynovun sözlərinə görə, əvvəllər məhkum olunsa da, sonradan Respublika Baş Dövlət Yol Polis İdarəsində “D” kateqoriyası almaq üçün imtahan verib. Bizdə günah yoxdur, ona kateqoriya verən orqandadır günah. Belə qalanda da biz sürücülərimizə həftədə 2-3 dəfə təlimat keçirik.

“Ayşən LTD” MMC-də işləyən digər sürücülərdə Ə.Şirəliyevdə olan problemlərin (narkoman olması, məhkum olunması) olub-olmamasına gəlincə icraçı direktor bu halı istisna etmədi:

“Sürücü nə vaxtsa narkotik vasitədən istifadə edibsə, nə vaxtsa məhkum olunubsa bu onun işə götürülməyinə maneçilik törətmir. O adam cəzasını çəkib çıxıb, BDYPİ-də ona sürücülük etməyə icazə verir”.

Xatırladaq ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930