Səbuhi Məmmədlinin kampaniyası zəif gedir: “Məndə o üz yoxdur ki…” – MÜSAHİBƏ

02.10.2018 - 19:43

Bu yaxınlarda Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirən, daha sonra ürəyinə stent qoyulan tanınmış jurnalist Səbuhi Məmmədlinin yenidən əməliyyata ehtiyacı var.  Həkimlərin rəyinə görə, ürək damarlarının biri 85, digəri 70 faiz tutulan jurnalist oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməlidir. Ona daha iki stent qoyulmalı, qaraciyərinin müalicəsi davam etdirilməlidir. Maddi sıxıntılar yaşayan Səbuhi Məmmədli Poltavaya gedə biləcəkmi?

Modern.az jurnalistlə əlaqə saxlayıb.

– Səbuhi müəllim, hazırda səhhətiniz necədir?

– Düzü hələ ki yaxşılığa doğru dəyişən nəsə yoxdur. Həkimim kardio-cərrah Roman Ryabuşka ilə danışarkən yenidən Poltavaya qayıdıb  əməliyyata girməyimi tövsiyə etdi. Damarlarımın biri 85%, o birisi 70% tıxanıb. Bütün dərman preparatlarından istifadə etməyimə baxmayaraq, bu tıxanma günü-gündən böyüyür. İkinci infarkt riski böyükdür. Bu da həyatım üçün həddindən artıq təhlükəlidir.

– İkinci dəfə əməliyyata getməniz üçün Facebookda yardım kampaniyasına start verilib. Kampaniyaya dəstək verənlər varmı?

– Hazırda səhhətimlə bağlı aparılan  kampaniya çox zəif gedir. Dünən Xoşqədəm Baxşəliyeva “Səni axtarıram” verilişində mənimlə bağlı kiçik xatırlatma etdi. Ona minnətdarlığımı bildirirəm. Yalnız bir neçə pulköçürmə var ki,  onun 2-si xaricdən, 2-si də buradandır. Sadəcə məndə o üz yoxdur ki, kimlərəsə müraciət edib kömək istəyim. Sağ olsun Facebook dostlarım ki, mənim yerimə müraciətlər edirlər.

– Sizə təxminən nə qədər vəsait lazımdır?

– Mənə 2 stent qoyulmalıdır. Qaraciyərimdə əvvəl bədxassəli şiş olduğu deyildi. Sonra bəlli oldu ki, şiş yoxdur, eləcə bərkimə və böyümə var. Mən şəkərin müalicəsi üçün getmişdim. İnfarkt keçirdiyimə görə şəkərin müalicəsi yarımçıq qaldı. Hardasa 20 günə yaxın şəkərin də müalicəsini davam etdirməliyəm. Bunun üçün o qədər də çox vəsait lazım deyil. Hardasa  6200 AZN lazımdır. Həmçinin dərmanlar da burada çox bahadır. Onlara da çox pul xərclənir.

– Əgər sirr deyilsə, keçəndəfəki əməliyyatınıza kimlər maddi yardım etmişdi?

– Ən böyük dəstəyi fəaliyyəti dayandırılmış “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı etdi. Qismən Mətbuat Şurasının üzvləri də yardım əllərini uzatdılar. Şəkərin müalicəsi ilə bağlı infakt keçirərkən vəziyyət daha da çətinləşdi. Demək olar ki, tam olaraq maddi dəstəksiz qalmışdım. Bu zaman Diasporla İş üzrə Dövlət Komitəsi mənə kömək oldu. Komitənin mətbuat katibi Vəsilə Vahidqızı mənimlə əlaqə saxladı. Komitənin sədri Fuad Muradovun xahişi ilə Ukraynadakı diaspor rəhbərləri Rövşən Tağıyev və Hikmət Cavadov mənə çox böyük maddi dəstək göstərdilər. Diaspor Komitəsinin dəstəyi olmasaydı, vəziyyət lap çətin olacaqdı. Ona görə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123253

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930