“İrşad”ın intihar edən gənc İradı – Əmisi qızı yazdı

03.10.2018 - 10:31

İki həftədən çoxdur yoxsan bizimlə. Bu iki həftə ərzində uşaqlıq dövrümüzü yada saldım. Bizim həyətdə “əmi qızılları həyətdə basdırıb” deyib torpağı qazmağını, yorğan yununun üstünə əhəng tökməyini, atanın ad günündə Alim Qasımovun başına oyun açmağını xatırlamışam.

Cumhuriyyet.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri intihar edərək dünyasını dəyişdiyi deyilən İrşad MMC-nin rəhbəri İrad Hacıyevin əmisi qızı, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova sosial şəbəkədəki səhifəsində paylaşıb.

 

M.Əzizova bildirib ki, İ.Hacıyevin yeniyetməlik illəri pis vaxta düşüb, o, çox çətinliklər yaşayıb:

 

“Onun yeniyetmə dövrü pis vaxta düşdü. İki qardaş hər şey etdilər ki, ayaq üstə bərk dayansınlar. Sıfırdan biznes qurdu, küçədə dollar satmaqla böyük biznesin sahibi oldu. Öz əməyi ilə İrad bu yerlərə qədər gəldi.

Çox əliaçıq idi. Onlarla ailə saxlayıb, yardım edib. İrad çox sadə insan idi. Son zamanlar onu ancaq anasının sağlamlığı narahat edirdi. Anasının səhhəti ilə məşğul idi son vaxtlar. Həkimə deyirdi anamı sağalt, ona nəsə olsa, mən yaşamaram.

Bu gün isə o ana İradı axtarır”.

M.Əzizova bildirib ki, İ.Hacıyev daim onlara dəstək, arxa-dayaq olub:

“Atam rəhmətə gedəndə yatdiğı xəstəxananın həyətində iki bacı dayanmışdıq, başımızı itirmişdik. Bir də gördük İrad öz dostları ilə gəldi. Dedi siz gedin, mən burdayam, narahat olmayın. Onda böyük dayaq, arxa hiss etdim. Qardaşımı hiss etdim”.

Qeyd edək ki, 14 sentyabr tarixində İrşad Electronics MMC-nin rəhbəri 40 yaşlı İrad Ağahüseyn oğlu Hacıyev dünyasını dəyişib. Onun qəfil ürəktutmadan dünyasını dəyişdiyi deyilsə də, sonradan intihar etdiyi iddia edildi və Bakı Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açıldı.

Xatırladaq ki, İ.Hacıyev ailəli idi və 2 övladı var. O, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qayınının oğludur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123267

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031