Çingiz Abdullayev: “Bunlar əclafdırlar!”

04.10.2018 - 09:10

Sosial şəbəkələrin kimliyi məlum olmayan istifadəçiləri Azərbaycanda özəlləşdirmə qəbzlərinin dəyərinin bərpası üzrə kampaniyaya başlayıblar. Özü də maraqlıdır ki, kampaniyanın təşkilatçıları bu vaxt yazıçı Çingiz Abdullayev və ziyalılar adından ölkə rəhbərliyini, onların fikrincə, özəlləşdirmə qəbzlərinin qiymətsizləşdirilməsi fırıldağını həyata keçirən  məmurları cəzalandırmağa çağırırlar.

 

Cumhuriyyət.net Modern.az-a istinadən xəbər verir ki, “Feysbuk” sosial şəbəkəsindəki müvafiq qrupda, kampaniyanın təşkilatçıları qeyd edirlər ki, SSRİ-nin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra, beynəlxalq ekspertlərin cəlb edilməsi ilə ölkədə “xalq” (sovet-red.) mülkiyyətinin özəlləşdirilməsinin qarışıq modeli tətbiq edilmişdi.

 

 

 

65% mülkiyyət özəlləşdirmə qəbzləri vasitəsi ilə, hansı ki, toplam olaraq 32 milyon buraxılmışdı, əhal

i arasında bölünmüşdü. Ancaq zamanla, bu qəbzlər özəlləşdirmə prosesində öz rolunu tamamilə oynamadan qiymətdən düşdü.

 

Kampaniyanın təşkilatçıları qeyd edirlər ki, bu yaxınlarda bir özəlləşdirmə qəbzini “qara bazar”da 5-10 manata almaq mümkün idi, halbuki dövlət əmlakının özəlləşdirilməsi vaxtı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi onları 1800 dollar məbləğində ödəniş vasitəsi kimi qəbul edirdi. Onların iddiasına görə, 18 milyon dollar dəyəri olan”Siyəzən broyler” şirkəti məmur-dələduzlar tərəfindən “qara bazar”da qəpik-quruşa əldə edilmiş 10 min özəlləşdirmə qəbzinin hesabına özəlləşdirilmişdi.

 

Kampaniyanın təşkilatçıları insanları onlarda olan özəlləşdirmə qəbzlərini satmamağa,  həmçinin belə məmurları cəzalandırmaq xahişi ilə ziyalılara və ölkə rəhbərliyinə müraciət etməyə çağırırlar. Və qəribə olsa da, bu kampaniyanın brendi yazıçı Çingiz Abdullayev seçilib, həmin çağırışlar da onun adı ilə tirajlanır.

Öz növbəsində, virtualaz.org-a açıqlamasında Çingiz Abdullayev bu təbliğatçılıq kampaniyasında iştirakı haqda informasiyanı təkzib edib.

 

“Bunlar əclafdırlar! Onlar mənim şəklimi verir və adımdan ziyalılara müraciət yazırlar. Onlar dövlətə qara yaxmaq və ziyalılarla arasını vurmaq üçün mənim məşhurluğumdan istifadə edirlər”, – Ç.Abdullayev vurğulayıb.

 

Yazıçı “feysbuk”un administrasiyasına və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırma aparmaq və yalan məlumat müəlliflərinin şəxsiyyətlərini müəyyənləşdirmək xahişi ilə müraciət edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031