Göygölün icra başçısı sakinləri boğaza yığıb: “Səbrimiz qalmayıb”

04.10.2018 - 12:22

Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov da məhz vəzifəsindən sui-istifadə edən icra başçılarının siyahısında ön sıralarda gəlir.

 

Cumhuriyyet.net xəbər verir ki, bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib. 
Dia.az-a yazan narazı sakinlər bildirirlər ki Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir: “Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar”.

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda “bütün sahələri” nəzarətdə saxlaya bilir.

Narazı sakinlər dia.az-a yazırlar ki, onlar ölkə başçısından rayonlarına yeni rəhbərin təyin olunmasını xahiş edirlər: “Bizim artıq Seyidova səbr edəsi taqətimiz qalmayıb…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123344

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31