“Azərbaycan 5 rayonu deyil, bütövlukdə Qarabağı qaytaracaq”

04.10.2018 - 13:32

 “Azərbaycandan kənarda olan informasiya mənbələri ictimai rəydə manipulyasiya edirlər. Bu yolla cəmiyyəti sakitləşdirməyə, münaqişənin həllinə doğru yaxınlaşmaqda olduğu rəyi yaratmağa çalışırlar.

Hazırda ölkəmizin informasiya məkanına manipulyasiyalara cəhd olunur. Azərbaycan 5 rayonu deyil, bütövlukdə Qarabağı qaytaracaq”.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri deputat Hikmət Babaoğlu AzEuroNews.com-a son günlər 5 rayonun qaytarılacağı barədə səslənən proqnozlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan regiona inteqrasiyanın təmin edilməsinin yeganə yolunun işğalda saxladığı torpaqlarımızın boşaldılmasından asılı olduğunu nəhayət anlamalıdır.

Millət vəkili bildirib ki, Azərbaycan regionda sabitlik yaranması üçün hərbi, siyasi-diplomatik yollarla Qarabağ münaqişəsinin həllinə həmlələr edir.

H.Babaoğlu prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın gözlənilən görüşündən də danışıb:

“MDB sammitində ayaqüstü görüş ondan xəbər verir ki, Paşinyan radikal bəyanatlarının mənasız olduğunu anladı. Azərbaycan isə nüfuzundan istifadə edərək onun danışıq ritorikasına son qoydu. Amma Bakı Yerevandan danışıqlarda konkret addımlar atmağı tələb edir”.

Deputat isə Ermənistanın danışıqlara hazır olmaqdan daha çox yeni hami axtarışına çıxdığını hesab edir: “Ermənistanın ənənəvi hamisi ilə münasibətləri ürəkaçan deyil və okeanın o tayında havadar axtarışına çıxıb. Amma bu da nəticə verməyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031