Xızıda BİABIRÇILIQ: Altıağac Milli Parkı satılıb

04.10.2018 - 13:49

Ötən yazılarımızda Xızı rayonunda baş verən qanunsuz torpaqların satılması barədə geniş məlumat vermişdik.

 

Cumhuriyyət.net Dosye.org-a istinadən xəbər verir ki, bunlardan əlavə Altıağac Milli Parkın bir neçə hissəsini imkanlı şəxslərə satılması və bunların arasında dövlət məmurların olduğu bildirilmişdir. Nəzərinizə çatdıraq ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Xızı RİH-nə və digər qurumlara rəsmi məktub ünvanlanıb. Məktubumuza cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bialoji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə tərəfindən redaksiyamıza məktub daxil olub. Məktubda deyilir:

“ Altıağac Milli Parkına məxsus meşə fondu torpaqların satılması barədə” 2018-ci il 14 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığınız məktubda göstərilən aidiyyəti üzrə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamenti tərəfindən araşdırılmışdır.

 

Araşdırma zamanı məktubda göstərilən telefon nömürəsi vasitəsi ilə sizə dəfələrlə zəng edilmiş, lakin həmin nömürə şəbəkə xidməti xaricində olduğu üçün sizinlə danışmaq mümkün olmamışdır.

 

Lakin buna baxmayaraq, məktubda qeyd olunan əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Xızı bələdiyyəsi tərəfindən 2005-ci ildə satılmış və 2008-ci ildə Azərbaycan RespublikasınınƏmlak Məsələləri tərəfindən müvafiq çıxarışla təmin edilmiş Sumqayıt şəhər sakini Məmmədov Sahib Məmməd oğluna məxsus hasarlanmış 0,8 ha torpaq sahəsinin 0,028 hektarının Altıağac Milli Parkının ərazisinə aid olduğu məyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq qanunsuz olaraq hasara alınmış millim parka məxsus 0.028 ha sahənin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə vətəndaşa rəsmi xəbərdarlıq göndərilmiş və bundan sonra ərzidəki hasar vətəndaş Sahib Məmmədov tərəfindən sökülərək milli parka təhvil verilmişdir.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Altıağac Milli Parkın əsas hissəsi satılıb və hündürmərtəbəli yaşayış evləri tikilmişdir. Misal üçün keçmiş bələdiyyə sədri və hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırovun kirvəsinə satdığı torpaq sahəsi. Dəfələrlə qeyd etmişik ki, bələdiyyə sədri işlədiyi dövürdə M. Bağırov yaxınlarına və qohumlarına Altıağaq Milli Parkın razisindən sataraq böyük gəlir əldə etmişdir. Maraqlısı budur ki, Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin əməkdaşları o qədərmi M. Bağırovdan çəkinir? Bəlkə, torbada pişik var?

 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ünvanladığımız məktublar dərindən araşdırılmır. Bir faktı nəzərinizə çatdıraq ki, məktubda göstərilən faktlar tam real olduğu halda nazirliyin əməkdaşları araşdırma aparmaq əvəzinə bəzi şəxslərin sifarişlərini yerinə yetirir. Daxil olan məlumatda göstərilir ki, 4 saylı Ərazi Ekologiya idarəsinin əməkdaşları Xızıda olarkən qarşı tərəflə ortaq məxrəcə gəlib. Lakin onların neçə və hansı şərtlərlə M. Bağırovla razılaşdıqları barədə növbəti yazılarımızda qeyd ediləcək. Bir daha vurğulamaq istəyirik ki, Altıağac Milli Parkın cox hissəsi satılıb və onların sökülməsi istiqamətində heç bir addım atılmir. Məlum məsələdir ki, bir vaxtlar bələdiyyə sədri işləyən Mövsüm Bağırov bütün imkanlardan istifadə edərək milli parkın ərazisini əvvəlki vaxtına qaytarılmasının qarşısını alır. Əgər bu baş verərsə, yəni Altıağac Milli Parkı boşaldılarsa M. Bağırov aldığı pulları geri qaytarmalı olacaq. İnanırıq ki, Xızı rayon prokurorluğunda aparılan araşdırmalar öz bəhrəsini verəcək və Altıağac Milli Parkın ərazisini satan şəxslər məsüliyyətə cəlb ediləcək. Araşdırmalarımız davam edir

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031