Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi

05.10.2018 - 12:19
Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.
Cumhuriyyet.net unikal.org-a istinadən xəbər verir ki, Nərmin Şirəliyeva bu posta təyinat aldıqdan sonra ermənini özünə köməkçi götürüb. Köməkçisinin adı isə Karen Spartakoviçdir.
Qeyd edək ki, Nərmin Şirəliyeva məşhur erməni aktyor Armen Ciqarxanyanla yaxın dostluq münasibətləri var. Bu münasibətlərə Armen Ciqarxanyan belə münasibət bildirib: “Mən erməniyəm, ancaq mənim tamamilə Nərminlə möcüzəvi dostluq münasibətlərim var”.
Bundan başqa N.Şirəliyevanın digər erməni məşhurlarla da yaxın dostuluq əlaqələri var.
Xatırladaq ki, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində işləyib. Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123408

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930