XİN-in yeni mətbuat katibi: “2 övladım var” – MÜSAHİBƏ

05.10.2018 - 13:41

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbərinin vəzifələrini icra edən şəxs təyin edilib.

 

Jurnalistlərin suallarına bundan sonra Leyla Yaşar qızı Abdullayeva XİN-in yeni mətbuat katibi olaraq cavab verəcək.

2002-ci ildən Xarici İşlər Naziriyində çalışan L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Cumhuriyyet.net xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva Modern.az-a müshaibə verib. Müsahibəni təqdim edirik.

 

– Leyla xanım, Sizi bu vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Mümkünsə, özünüz haqqında məlumat verərdiniz.

 

– 1981-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Bakıda almışam və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil almışam. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışıram. Nazirlikdə çalışdığım müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olmuşam.

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərmişəm. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində direktor müavini vəzifəsində çalışmışam. Ailəliyəm, iki övladım var.

 

– XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

 

– Mövcud mürəkkəb geostrateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatımızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031