Lotu Quli buna görə həbs edildi, Azərbaycana göndərilir – ŞOK FAKTLAR

09.10.2018 - 11:08

Türkiyənin “Sözçü” qəzeti qanuni oğru Nadir Səlifovun saxlanılmasına geniş yer ayırıb

Cahan.info xəbər verir ki,qəzetin yazdığına görə, Nadir Rusiya mətbuatında çıxan bir xəbərdən sonra nəzarətə götürülüb.

“Rambler.ru” adlı internet saytında verilən xəbərdə “Türkiyədəki oğru Rusiyada xərac yığır” başlıqlı xəbər yayılıb və Quli məhz bu xəbər əsasında saxlanılıb.

İddialara görə, Lotu Quli Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdan satışla məşğul olan iş adamlarından xərac alırmış. Səlifovun iş adamlarından xərac almaq üçün internetdən istifadə etdiyi bildirilir. Onun telekonfransla iş adamları ilə danışdığı və xərac aldığı bildirilir.

Rusiyada ərzaq və qida satış məşğul olan iş adamlarının toplaşdığı bu əraziyə əvvəllər Rövşən Canıyev nəzarət edirmiş. 2016-ci ilin avqustunda isə Rövşən Canıyev Beşiktaşda öldürülüb. Otel çıxışında, lüks “Cip”ində vurulan Canıyevin qətlə yetirildiyi ərazidə polis 65 giliz tapmışdı.

Canıyev öldürüləndən sonra, 6 noyabr 2017 ci ildə mütəşəkkil şöbənin əməkdaşları İstanbulun Baxçalıevlər səmtindəki bir alış-veriş mərkəzində axtarış aparıblar. Əməliyyatda “Şirinlər” olaraq tanınan cinayət qruplaşmasının üzvləri və Canıyevin qardaşı da aralarında olmaqla 11 şübhəli saxlanılmışdı. Şübhəlilərin Canıyevi öldürdüyü iddia edilən Lotu Qulidən intiqam almaq üçün yığışdıqları deyilirdi.

İddiaya görə, Canıyevin qardaşı Lotu Quli ləqəbli cinayət qruplaşmasının başçısını öldürmək üçün “Şirinlər” qrupuna 5 milyon lirə təklif etmişdi.
İddiaya görə, Nadir Səlifov (Lotu Quli) Rövşən Canıyevin ölümündən sonra onun nəzarətində olan yerləri ələ keçirib.

***

Səlifovun telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

Rembler.ru saytının yaydığı məlumata görə isə, Türkiyədəki qanuni oğru Rusiyadan xərac toplayır. Onun Rusiyanın Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından xərac aldığı iddia edilib. Səlifovun iş adamlarından telekonfransla xərac topladığı bildirilib.

Lotu Quli haqqında həbs qəti imkan tədbiri seçilməyib, sadəcə, ondan izahat alınır. Yetərli dəlil olmadığı təqdirdə sərbəst buraxılacaq, əks halda məhkəməyə çıxarılacaq.

***

Cahan.info “Hürriyət”ə istinadən xəbər verir ki, Lotu Quli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılıb. O, nəzarət altına alınıb və ifadəsi alınması üçün polis idarəsinə gətirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123539

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930