Polşalı professorlar BSU-da

09.10.2018 - 13:36

Polşa Respublikasının Nikolay Kopernik adına Torun Universitetinin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek Bakı Slavyan Universitetinə ikinci dəfə mühazirə oxumaq üçün gəliblər. Müəllimlər Bakı Slavyan Universitetində olacaqları iki həftə müddətində tələbələrə  Polşanın tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası, siyasəti barədə mühazirə oxuyacaqlar.

Bizimlə görüş zamanı Azərbaycanla Polşa arasında isti münasibətlərdən danışan polyak müəllimlər azərbaycanlı tələbələrin  Polşa barədə mükəmməl  biliklərə malik olduğunu bildirdilər.  Professor Yoanna Marşalek qeyd etdi ki, polşalı müəllimlər tərəfindən ötən il polyak dili üzrə təhsil alan BSU tələbələri arasında sorğu keçirilmiş və sorğunun nəticəsində azərbaycanlı gənclərin milli mənəvi dəyərlərə, mentalitetə və öz tarixi köklərinə möhkəm tellərlə bağlı olmaları bir daha aydın  olub. Onun sözlərinə görə,  BSU tələbələrinin arasında aparılan bu sorğunun nəticələri ilə bağlı Polşada məqalə dərc olunub.

 

Professor Yoanna Marşalek  onu da diqqətə çatdırıb ki, Bakı Slavyan Universitetinin rektoru professor  Nurlana Əliyevanın təşəbbüsü ilə Polşada BSU alimlərinin məqalələrindən ibarət olan toplu işıq üzü görüb. Xanım Yoanna həmin məcmuələri universitetə təqdim etdiyini bildirib. Yeri gəlmişkən, qeyd edək ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Polşada çıxan “Nowa polityka wschodnia”  elmi jurnalın redaksiya heyətinin üzvü seçiliblər.

 

Azərbaycanlıların öz milli dəyərlərini qorumasını müsbət hal kimi qiymətləndirən polyak müəllimlər etnik-mədəni fərqlərin tələbələr arasında münasibətlərdə heç bir problem yaratmadığını  qeyd ediblər.

Azərbaycanlı tələbələrin Polşa universitetlərində etnoqrafiya, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində göstərdikləri uğurlardan danışan professor Donuta Pleçka  da Azərbaycandakı təhsil sistemi ilə bağlı müsbət fikirlər səsləndirib. Azərbaycanda təhsil sisteminin inkişafından danışan D.Pleçka bildirib ki, bu ölkədə gənclərə bilik aşılamaqla yanaşı onların tərbiyəsinə də çox önəm verilir.

 

BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzinin müdiri Lyudmila Talıbova  mərkəzin qarşısında duran vəzifələrdən danışıb. Polyak dili üzrə təhsil alan tələbələrin Polşanın tanınmış Krakov, Torun, Varşava kimi şəhərlərindəki universitetlərində yay məktəblərində olmaları barədə ətraflı məlumat verib.  O qeyd edib ki, Varşavada həyata keçirilən ”Gənc alim” layihəsi çərçivəsində Bakı Slavyan Universitetini bitirən tələbələr  birillik layihəyə qoşularaq sertifikat əldə edirlər. Nəticədə tələbələr Polşada ikiillik magistr pilləsinə yiyələnmə şansını qazanırlar.

 

L.Talıbova söyləyib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Polyakdilli tələbələrin universitetin mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini dilə gətirən L.Talıbova oktyabrda nəzərdə tutulmuş “Polşa film festivalı”na BSU-nun polyakdilli tələbələrinin qatılacağını da vurğulayıb.

 

Mərkəzin daha çox elmi istiqamətdə fəaliyyət göstərdiyini vurğulayan L.Talıbova mərkəz tərəfindən Azərbaycanın bir sıra tanınmış ədiblərinin əsərlərinin polyak dilinə, eyni zamanda Polşanın tanınmış yazıçı və şairlərinin əsərlərinin isə Azərbaycan dilinə tərcüməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930