İsmayılov oğlunun qətlindən danışdı: Başlarına gəlsin!

09.10.2018 - 14:56

Ədalət Partiyasının sədri İlyas İsmayılov oğlu Etimad İsmayılovun qətli ilə bağlı yalan məlumatlar yaydığına görə Yutub sosial şəbəkəsini məhkəməyə verəcək.

 

Cumhuriyyet.net xəbər verir bu bərədə o, Modern.az-a açıqlamasında bildirib.

 

“Vəkillə danışdım. Yutub kanalında həqiqəti əks etdirməyən yazılar gedir. Yəqin ki, kanalı məhkəməyə verəcəklər. Bilirsiz, işin içində deyiləm. İş Türkiyədə gedir. Məsələnin məzmunundan da xəbərim yoxdu. Etimadın qatilə heç bir borcu olmayıb. Onun Etimada borcu olub. Əksinə, Etimad həmişə ondan borcunun qaytarılmasını tələb edib. Belə bir atalar sözü var: “Borclu borclunun sağlığını istəyər”. Yaxşı, o zaman borclunu niyə öldürürlər ki!”

İ.İsmayılov bəzi insanların Etimad İsmayılovun faciəsindən istifadə etməsini qınayıb:

“Təəssüf ki, murdar insanlar yalan informasiyalar yayırlar. Bəzi insanlar o dərəcədə xəbisdirlər ki, bu faciədən də öz məqsədləri üçün istifadə edirlər. Allah onların başına gətirsin!”

Hazırda faktla bağlı istintaq davam etdirilir.

İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123555

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031