Onu düzgün müşayiət etməyən sintezatorçunu bıçaqlayan müğənniyə hökm oxundu

09.10.2018 - 16:17

Sintezator çalanı bıçaqlayan müğənninin məhkəməsi davam etdirilib. Hadisəyə səbəb sintizator ifaçısının müğənnini düzgün müşayət etməməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əfsər İsmayılovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci maddəsinə tövsif edilib və ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Hadisə 2016-cı il iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ərazisində yerləşən “Nar” kafesinin yanındakı 66 saylı binanın yanında baş verib. İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub. Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Daha sonra Ə.İsmayılov ölkəndən qaçmaq istəyərkən hava limanında saxlanılıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930