Ziya Məmmədov milyardlarının müsadirəsindən danışdı: “İndi istirahət edirəm…”

11.10.2018 - 16:10

“Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: “Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?”

“Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: “İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.

Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031