Meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq
“Növbəti günlərdə Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq”.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
“Meşələr mühafizə olunmalıdır. Meşəni biz mühafizə etsək, o özü-özünü bərpa edəcək”, – nazir müavini əlavə edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=123669