Zamirə Hacıyeva son 10 ilin hər saatında 1126 manat xərcləyib

12.10.2018 - 13:59

Hazırda həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangiz Hacıyevin xanımı Zamirə Hacıyevanın orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.

Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub. Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım. Yeri gəlmişkən belə yazıların bəzilərinin (CNN, BBC, The Telegraph, The Sun) linklərini şərh bölməsində paylaşıram, maraqlananlar oxuya bilərlər.

Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinqi, insafla Azərbaycan manatına çevirsək 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib. Odur ki, sizə sözüm pulu hara və necə xərclənməsi ilə bağlı deyil, bu pulların mənbəyi və asanlıqla mənimsənilməsi ilə bağlıdır.

Xatırlayırsınızsa bir vaxtlar İqtisadiyyat Nazirliyinin Anti-inhisar şöbəsinə rəhbərlik edən bir məmur, səhər yeməyini Moskvada, naharını Dubayda, şam yeməyini də başqa bir ölkədə edirdi. Bütün bunlar Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünün, külli miqdarda dövlət vəsaitlərinin oğurlanmasının, xalqın pullarının mənimsənilməsinin göstəricidir. Bu bir daha sübut edir ki, Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır, dəbdəbə, cah-cəlallı həyat sürən məmurların şəxsi kapitalına çevrilir. Onlar da xalqdan oğurladıqları pulları dədə malı kimi necə istəyirlər elə də xərcləyirlər və belə hallar xalqın sərvətlərinə və hakimiyyətinə sahib çıxana, siz doğrunun, düzgün olanın yanında dayana qədər davam edəcək.

Qubad İbadoğlu
Rutgers Universitetinin professoru, iqtisadçı-alim 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930