Bakı meri üçün seçki keçiriləcək

15.10.2018 - 08:59

“Bakı şəhər merinin seçkiləri keçiriləcək. Hakimiyyətin belə bir niyyətinin olduğu artıq görünür”. 

Bu barədə Mia.az-a açıqlama verən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə deyib ki, uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin olunmaması da Bakı şəhər merinin seçki ilə seçiləcəyini təsdiqləyən faktorlardan biridir.

“Çox güman ki, qanunverici baza hazırlayacaqlar. Azərbaycan Avropa Prlamentinə daxil olarkən şəhər merinin seçilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. İndi artıq bunu 2018-ci ildə gerçəkləşdirmək niyyətindədirlər. Ona görə də mer təyinatı olmur. Çox güman ki, bu seçkilər olacaq. Elə bu səbəbdən də merin də səlahiyyətlərinin xeyli hissəsi alındı. Tikintiyə icazə verilməsi həmin qurumdan alınaraq Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Nəqliyyatla bağlı məsələlər Bakı Şəhər İcra Hakmiyyətindən alınıb ayrıca bir səhmdar cəmiyyətə verildi. Bakı merinin səlahiyyətləri kifayət qədər kiçildildi, daha yeni qurumlara, strukturlara verildi ki, Bakı meri də səlahiyyətləri çox geniş olan təyinata sahib olmasın. Çünki seçkili orqanda onu çıxarmaq o qədər də sadə məsələ deyil. Cinayətdən və könüllü istefadan mer vəzifəsini tərk etmir. Mən hesab edirəm ki, bu tip məsələlərdə icra strukturlarının öncə görən və qarşısı alınan bəzi tədbirlər görünür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123729

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930