Musiqi dinləyin, konsul otaqdan çıxsın…

17.10.2018 - 15:26

ABŞ mətbuatı Camal Qaşıqçı cinayətinin tükürpərdici detallarını açıqlayıb.

 

Axar.az xəbər verir ki, ABŞ-ın nüfuzlu “Vol Strit Jurnal” nəşrinin İstanbuldakı müxbirləri David Qauther-Villars, Cesika Donati və Summer Said bu gün dərc olunan yazılarında Qaşıqçının baş konsul Əl-Uteybinin gözləri qarşısında döyüldüyünü, daha sonra iynə ilə yuxuya verildiyini və cəsədinin parçalara ayrıldığını yazıb.

 

Xəbərdə həmçinin türk rəsmilərin Qaşıqçının ölümünə aid məlumatları və səs yazılarını ABŞ və Səudiyyə Ərəbistanı ilə paylaşdığı, iki ölkənin də verilən informasiyaya etiraz etmədiyi bildirilib.

Səs yazılarından birində autopsiya mütəxəssisi olan Saleh əl-Tubayiqi baş konsuldan otağı tərk etməsini istəyir. Tubayqinin Qaşıqçının cəsədini parçaladığı zaman ətrafdakılardan musiqi dinləmələrini istəməsi də diqqətçəkən məqamlardan biri kimi xəbərdə yer alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930