MTN generalları yenidən hakim qarşısında… – GİLEY

18.10.2018 - 11:30

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovun apelyasiya şikayətləri üzrə bu gün məhkəmə iclası başlanacaq.

Teleqraf.com xəbər verir ki, generalların və onların işçilərinin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

İlkin baxış iclası bu gün saat 14.00-da başlanacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov apelyasiya şikayəti veriblər.

MTN generalları yenidən hakim qarşısında...

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apelyasiya şikayəti versələrdə, sonradan onlar şikayətlərini getri götürüblər.

Bundan başqa, nazirliyin Əməliyyat-texniki İdarəsinin sabiq işçisi, polkovnik Elşad Əzizov apelyasiya şikayəti verməkdən imtina edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

MTN generalları yenidən hakim qarşısında...

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

Hökmə əsasən Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alənması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

MTN generalları yenidən hakim qarşısında...

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum ediləcək.

Hökmdə Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası da təmin edilib. Zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib, bəzi epizodlar üzrə iddialar təmin edilməmiş saxlanıb.

Daşkəsən icra hakimiyyətinin vəzifəli şəxsləri barədə epizod ittihamdan xaric edilib.

İş adamı Kamal Seyfullayevə qarşı 2 milyon manatlıq mülki iddia da itihamdan xaric edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb.

MTN generalları yenidən hakim qarşısında...

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930