Millət vəkili: “Bəzi məmurlar imkan vermir ki, istiqlalçı deputatlara qayğı göstərilsin”

18.10.2018 - 14:24

“Çox təəssüf edirəm ki, Azərbaycanda Müstəqillik Günü rəsmi bayram kimi qeyd olunmur”. Deputat Fərəc Quliyev AzEuroNews.com-a 18 oktyabr  – Müstəqillik Günü ilə bağlı belə deyib.

 

Millət vəkilinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlir: “Amma 2006-cı ildə Müstəqillik Gününün rəsmi qeyd olunması ləğv olundu. Müstəqillik verilmir, alınır. Azərbaycan bir əsrdə 4 dəfə azadlıq uğrunda qan bahasına, can bahasına savaşlar verib.

1920-ci illərdə cümhuriyyətçilər, 30-cu illərdə qaçaq hərəkatları, 45-ci və 60-ci illərdə mübarizə və ən nəhayət 80-lərin sonunda xalq cəbhəsi yarandı. Həmin zaman Rusiya müstəqillik üçün savaş verənlərin qarşısını alırdı və Qarabağın işğalı ilə buna nail olmaq istədilər.

Amma bu gün müstəqil Azərbaycanın dünyada öz yeri var. Çox əfsus ki, bizim yaralı yerimiz olan Qarabağın dağlıq və aran hissəsini itirmişik, müstəqil dövlət kimi ilk işimiz 20 faiz kəsirimizi təmin etmək olmalıdır”.

F.Quliyev SSRİ-nin saxlanması əleyhinə səs verən istiqlalçı deputatlara lazımi qiymət verilmədiyini də vurğulayıb: “Söhbət fərdlərdən getmir. SSRİ saxlanması əleyhinə biz ölüm aclığına başladıq, xalq dirəndi, 90-larda xalq tankın qabağına getdi.

Başqa ölkələrdə istiqlalçı deputatlara Milli Qəhrəman adı verilib, mənzillə təmin olunublar, təqaüd ayrılıb, sosial şəraitlərinə dövlətin qayğısı var. Amma bizdə istiqlalçı deputatlar vəziyyətdə yaşayırlar. Rəhmətlik Məryəm xanımın ehtiyac içində yaşadığını hamı bilirdi.

Bəzi məmurlar imkan vermirlər ki, istiqlalçı deputatlara qayğı göstərilsin. Amma prezident bu məsələyə də əl qoyulmalıdır. Necə ki, Cümhuriyyətin 100 illiyinə qısqanc yanaşan məmurlar olmuşdu, amma prezident fərqli mövqe nümayiş etdirdi. Eləcə də istiqlalçı deputatlara qiymət verilməlidir, onların qayğıları çoxdur. Bu, adamlara yox, dəyərlərə verilən qiymətdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123868

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930