Korrupsiyaya bulaşmış Akim Bədəlovu “Azərişıq”a aparan işıq söndü – Təfsilat

22.10.2018 - 10:49

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədri Akim Bədəlovun “Azərişıq” ASC sədri postuna gedəcəyi barədə pia.az-ın yazdığından sonra prosesin rəngi dəyişib


Cahan.info-nun verdiyi məlumata görə,
 A.Bədəlov üçün “Azərişıq”a gedən yol qaranlıq olub və bu fürsət demək olar ki, itirilib.

Onun Baba Rzayevin yerinə “Azərişıq” ASC sədri təyin olunacağı gözləntisi var imiş. A.Bədəlovun bu şansı artıq yoxdur. Ölkə rəhbərliyinin qarşısına qoyulan sənədlər, mediadakı materialların xülasəsi karyera yüksəlişini əngəlləyib. Dövlət rəhbərliyinin hələlik buna razılıq vermədiyi iddiaları var.

Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri ölkənin enerji böhranı zamanı da heç bir fəaliyyəti diqqəti cəlb etmədi. Və belə görünür ki, Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri sadəcə maketlərdən ibarətdir…

Bədəlov barəsində korrupsiyadan tutmuş kasıb fəhlələrin haqqının yeyilməsinə, prezidenti aldatmasına qədər müxtəlif səpkili məqamlar var. Bütün bunlar onun “Azərişıq” yolunun işığını söndürüb.

Pia.az yazmışdı ki, Akim Bədəlov çoxdan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “ilgəyini” boynundan çıxarmaq istəyir. Amma bu vəzifənin az qala kandarında büdrəyən Bədəlov “Azərişıq”a olan ümidini itirib.

Akim Bədəlovun rəhbərlik etdiyi Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlətin milyardlarla vəsaitini batırıb. Söhbət Agentlik tərəfindən istehsal edilən panellərin və istifadəyə verilən stansiyaların gözlənilən effekti verməməsindən gedir.

Sözügedən layihələrə külli miqdarda dövlət vəsaiti xərclənsə də heç bir səmərəsi yoxdur. Agentliyin yaradılmasından 9 il keçsə də bu günə kimi ölkədə bircə obyektin belə alternativ enerji ilə təmin olunması faktı qeydə alınmayıb.

Baxmayaraq ki, Bədəlov hesabatlarında guya neçə-neçə məktəb və poliklinikanın alternativ enerji ilə təchiz olunduğunu qeyd edərək gözə kül üfürür.Akim Bədəlovun rəhbərlik etdiyi qurumda böyük korrupsiyaların olması barədə isə davamlı olaraq ölkə mətbuatında məlumatlar dərc olunub və olunmaqdadır.

Cahan.info-nun verdiyi məlumata görə, A.Bədəlovun adının Eldar Mahmudovla hallanması, mərhum dövlət katibi Tofiq İsmayılovun əmlakını qəsb etməsi, bu haqda qızının prezidentə sensasion müraciəti, agentlikdə yol verilən maxinasiyalar, ciddi korrupsiya, mənimsəmələr ölkə rəhbərliyinin masasına dosye şəklində qoyulub.

Akim Bədəlovdan milyardların hesabatı tələb olunduqda günahı hansısa mühəndisin, mütəxəssisin üstünə atır. Bu günə kimi günəş panelləri istehsalı ilə məşğul olan Günəş Modulları Zavodundan neçə-neçə təcrübəli mütəxəssisin işdən haqsız ittihamlarla uzaqlaşdırıldığı söylənilir.

Musavat.com da yazmışdı ki, agentliyin rəhbəri Akim Bədəlovun cidd-cəhdlə “Azərişıq” rəhbərliyinə hazırlaşdığı bildirilir. Bu hazırlıq barədə Agentlikdə xeyli müzakirələrin aparıldığı qeyd olunur. Qurumun işçilərindən verilən məlumata görə, agentlikdə yüksək vəzifə tutan bir neçə şəxs təyinatla bağlı xəbəri alandan sonra Akim Bədəlova yaxınlaşmaq uğrunda əməlli-başı mübarizə aparırlar. Akim Bədəlov bir müddət əvvəl mərhum dövlət katibinin ailəsinə MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi, keçmiş nazir Eldar Mahmudovun və “Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin milyardlarını ölkədən çıxarılmasında müstəsna xidmətləri olmuş Pərviz Vəliyevin adı ilə hədə qorxu gələrək onlardan sakit durmalarını istəyib.

Yəni, bu əməllərin sahibinə enerji satışı kimi nəhəng sahənin həvalə olunması kifayət qədər riskli və maxinasiyalara səbəb olacaq dəyişikliyə gətirib çıxaracaq.Bədəlovlar ölkədən çıxartdığı vəsaitin böyük hissəsini isə Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer ediblər.

Hazırda London şəhərində Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətin olduğu deyilir. Həmin şirkətlər isə keçmiş MTN zabiti Hava Limani İdarəsinin rəisi Pərviz Vəliyevin və qardaşı Rizvan Vəliyevin pulları hesabına qurulub.

Ölkədə ikinci devalyasiyadan sonra isə, Akim Bədəlovun bacısı oğlu, MTN işinə görə vəzifəsindən qovulan Pərviz Vəliyev Akim Bədəlovun əli ilə özünə məxsus pullarınıda ölkədən çıxarmağa müfəvəq olub.

Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərinida satışa çıxartdığı deyilir. Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib.

Qurumun mətbuat xidmətinin açıqlamasını dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123913

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930