Yardımlı yollarında yeyilən milyonlar… İDDİA

15.11.2018 - 10:01

Yardımlı rayonu, Bürzünbül kəndində yaşamış, hazırda Abşeron rayonunda qeydiyyatda olan Elnur Rəciyev kəndə çəkilən yeni yolun tikintisindən narazıdır. Yardımlının əksər yolları əsaslı təmir olunur. Təmir işləri aparılsa da, yollar düzələ-düzələ dağılır.
Yollar yenidən qurulub istifadəyə veriləndən bir müddət sonra çökür və ya hansısa kommunikasiya işləri düzgün aparılmadığından qazılır.Yollara külli miqdarda pulun xərclənməsini nəzərə alsaq, bu, vəsaitin havaya sovrulması deməkdir. Görəsən, “yol çəkilişində” yol verdiyi nöqsana görə məsuliyyətə cəlb edilən varmı?
Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlərin xərclənməsində nəzarət gərəkli səviyyədə olmasa, yeni çəkilmiş yolların az sonra təmirləri davam edəcək, keyfiyyətsiz işlər olacaq.
Mediaxeberleri.az-ın elektron poçtuna Yardımlı rayon Bürzünbül kəndinə çəkilmiş yolun keyfiyyətsiz olması ilə bağlı müraciət edən, Elnur Rəciyev bildirir ki, asfalt heç bir standarta cavab vermir, keyfiyyətsiz və qüsurlu çəkilib.
E.Rəciyev iddia edir ki, 51 saylı Yol İstismar idarəsinin rəisi Yaqub Əliyev yol çəkilişində, ciddi nöqsanlara yol verib və şəxsi maraqlarını güdüb. Belə ki, plandan kənara çıxaraq, hara istəsə ora ayrıca asfalt çəkib. Bu da, dövlət vəsaitinin düzgün xərclənməməsidir. E.Rəciyev hesab edir ki, Yol İstismar idarəsinin rəisi Yaqub Əliyev onun siyasi fəaliyyətinə görə, ata evi yerləşən küçəyə məsuliyyətsiz yanaşır.
E.Rəciyev: “mən o kənddə yaşamasam da əslən həmin kənddənəm, orada doğulub böyümüşəm və orta məktəbi bitirmişəm. Atam uzun müddət həmin kənddə müəllim və “Sovetlər birliyi” zamanı kolxoz sədri işləyib. Hazırda mən gənc siyasi fəal olaraq bildirirəm ki, Yaqub Əliyevin mənim və digər narazı sakinlərin haqqında yalan məlumat yayması, bizi təəssüfləndirir və yenə də bildirirəm ki, kəndə çəkilən yol, sakinləri narazı salıbsa demək burada nəsə ciddi problem var”.
Bütün bunlar onu göstərir ki, ölkə daxilində yol çəkilişinə ayrılan vəsait heç də tam şəkildə təyinatı üzrə xərclənmir, lazımi məqsədlərə xidmət etmir. Elə buna görədir ki, “tərəflər” susub, qarşısındakını günahlandırmaqla kifayətlənir. Onsuz da kimsə, nəsə tələb etmir.
Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərildiyi kimi, avtomobil yollarının saxlanılması – yolun müvafiq layihəyə uygun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurgularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur.

Elnur Rəciyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930