Qusarda xəyanətə görə qətlin – Təfərrüatı

05.12.2018 - 13:20
İki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib. Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub.
Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar. Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib.
Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.
Məlum olub ki, qadının əri həyat yoldaşının başqa kişi ilə yazışdığını əvvəlcə bilib və onları tələyə salıb. Ə.Qədimov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930