Coğrafiya müəllimi Mərdan Məhəmmədəliyev: “Əsas amillərdən biri dərsin düzgün izahdır”

15.02.2019 - 12:54

“İntellekt Club-da keçirdiyim dərslərdə özümün tərtib etdiyi hazırlıq vəsaitindən istifadə edirəm”

Coğrafiyanı mən uşaqlıqdan xoşlayıram.Hətta əvvəllər dünyanın bütün paytaxtlarını , hətta xırda ada dövlətlərin belə paytaxtlarını əzbər bilirdim.Bu sahə ilə bağlı olan hər şeylə;səyahət verilişləri,kitablarla və sairə ilə maraqlandığımdan coğrafiya ətrafında mövzular, dəyərli insan kimi tanıdığım, peşəkar coğrafiya müəllimi Mərdan Məhəmmədəliyevlə tez-tez ortaq mövzumuz olur.
Elə bu yaxınlarda isə onun rəhbəri olduğu və müəllimlik etdiyi İntellekt Club-da görüşdük və söhbətləşdik.Bildirim ki, İntellekt Club – Coğrafiya Tədris Mərkəzində abituriyent və müəllimlərin hazırlıq kursları keçirilir.
Qeyd edim ki, ən yaxşı coğrafiya müəllimi saydığım Mərdan bəyin indiyəcən,tələbələrinin ali məktəblərə daxil olmaq baxımdan çoxlu saylı nailiyyətləri var.
2011-ci ildən repetirorluq fəaliyyəti ilə məşğul olan Mərdan bəy bu vaxtacan 600-dən çox tələbəyə dərs deyib. Onun, coğrafiyanın hesabına daha çox bal yığıb ali məktəbə daxil olan tələbələri çoxdur.Son 3 il ərzində repetitor kimi sırf özünün hazırladığı tələbələrin nəticəsi 100 faizdir,yəni universitetə qəbul olmayan;fərqi yoxdur,pulsuza daxil olub və ya pulluya,imtahanlardan kəsilən uşaq yoxdur və bu təbii ki,çox böyük uğur sayıla bilər.
Düzdür,keçid balı 200 olduğu üçün tələbələr arasında aşağı balla qəbul olanlar da var,amma bununla yanaşı yüksək bal toplayan tələbələri də az deyil.Məsələn,keçən il şagirdlərinin bir çoxu 600 -dan çox bal yığıb.669 balla isə bir şagirdi-Səfərağa Cəbrayılov ADA Universitetinə qəbul olub.Təkcə 700 bal yığan yoxdur,inşallah o da yeni təhsil sistemində olar…

Onu da deyim ki,öz işini sevən insan olmaqdan başqa ,maraqlı müsahib də oldu.Mərdan bəydən Sumqayıtda çoxlu sayda tədris mərkəzləri ola-ola uğurlu faəliyyət göstərməsinin çətinliyi,sirri və digər hazırlıq kurslarından nə ilə fərqlənməsini soruşdum. şərəfli peşə sahibi olan Mərdan bəy bildirdi ki,fəaliyyətinin xüsusi bir sirri yoxdur:
-İlk növbədə onu qeyd edim ki, dərs keçdiyim tədris mərkəzində dərs prosesinə nə qədər ciddi yanaşılsa da çalışıram tədris prosesi zamanı səmimi və mehriban atmosfer hökm sürsün və buna nail oluram.


Çox yerlərdə uşaqlar müəllimə sual verməkdən belə çəkinir ki, birdən müəllim əsəbləşər,bir sözlə sıxıntı olur. Şagirdlər hansısa mövzunu tam başa düşməyəndə dəfələrlə məndən rahatca soruşa bilirlər və mən də nə qədər lazımdırsa səbrlə başa salıram. Yəni, uşaqlar nəyishanısa mövzunu tam mənimsəməyəndə sual verməkdən çəkinmirlər.
Bu baxımdan səmimilik dərs prosesi zamanı böyük rol oynayır və dərsin mənimsənilməsinə çox yardımçı olur. Şagirdlərin İntellekt Club-u seçmələrinin bir səbəbi də mənim TQDK –ya,kiməsə,hanısa kursun yox ,sırf özümüzə məxsus,özümün hər ay tərtib etdiyim yeni testlərdən istifadə etməyimdir. Sınaq imtahanları üçün testlərin xərclərini də özüm çəkirəm və sınaq imtahanları abituriyentlər üçün pulsuz keçirilir.Bundan başqa dərslərdə özümün tərtib etdiyi kitabdan istifadə edirəm və abituriyentlərə paylayıram.

Bir çox müəllimlər o isə orta məktəb dərslilklərindən,ordan-burdan ,hansısa başqa dərs vəsaitlərindən istifadə edirlər.Tərtib etdiyim Çoğrafiyadan “Kurikulum əsasında abituriyentlər və müəllimlər üçün hazırlıq vəsaiti”nin 1-ci nəşri uğurlu olduğu üçün,onun 2-ci nəşrini sentyabrda təkrarən nəşr etməyi planlaşdırıram. Budəfəki nəşrin dizaynı və tərtibatı inşallah daha yüksək səviyyədə olacaq.
Üçüncü əsas amil isə dərsin izahdır.Dərs proqramının aydın, düzgün izahına mən çox fikir verirəm.Məsələn çox olub ki,şagirdlər sınaq imtahanlarına evdə xüsusi hazırlaşmayıblar,sərf mənim izahlarım əsasında 25 sualdan 21-22-sini düzgün cavab yazmalarını özləri etiraf ediblər.Təsəvvür edin ,əgər mənim dərs izahlarımdan başqa həmin uşaqlar evdə də hazılaşsaydılar,görün necə nəticə əldə edərdilər.


Mən çalışıram uşaqlara fənnə aid bütün bilgiləri aşılayım.Dərsləri xəritə ilə,bütün xırdalıqlarınacan başa salıram.Konkret qısaldılmış formada ,açar sözlərlə izah edirəm deyə abituriyentlər dərsləri ,bilgiləri mükəmməl mənimsəyirlər.

İntellekt Club-un maddi texnki bazası,şərait barədə isə söz ola bilməz; xəritələr,sxemlər,test vəsaitləri və sairə.

-Bildiyimə görə Müəllimlərin İşə Qəbulu (MİQ) hazırlıq qrupunun qəbuluna artıq başlanmısınız. Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə hazırlıqda nə kimi özəlliyi var sizdə?

-Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə hazırlıq sadaladıqlarımdan əlavə sürətləndirilmiş qaydada keçiriləcək və bundan başqa hazırlığa yazılanlar yaxşı mənada fərqi özləri hiss edəcəklər.

Söhbətləşdi:İmran Kərimli

   

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126829

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930