Oğru dünyasının gizli sovet xəfiyyəsi

26.03.2019 - 01:39

SSRİ məkanında Murka adlı mahnı nəinki kriminal dairələrin himni, eləcə də sadə xalqın dilinin əzbəri idi. Əslində isə bu mahnının sözləri Fövqəladə Komissiyanın gizli şifrəsi idi.
Murka Marusya Klimova adlı gizli xəfiyyənin oğru aləmindəki ləqəbi idi. Uzun müddət hər kəs zənn edirdi ki, Murka xalq mahnısıdır. Halbuki, oğru aləminin hörmətli siması Murkanın əslində gizli xəfiyyə olduğunu heç kim bilmirdi.
Publika.az xəbər verir ki, 1918-ci ildə Moskva Axtarış İdarəsi fəaliyyətə başlayır. Həmin dövrdə bütün şəhərlərdə kriminalistika yüksək həddə idi. Oktyabr İnqilabından sonra Odessada oğru aləmini dağıtmaq üçün Moskvadan gəlmiş axtarış dəstəsi əməliyyatlar apardı. Yarım il davam edən əməliyyatlara Mariya Klimova adlı xəfiyyə cəlb olundu. Bunun üçün oğru aləminin ən yüksək kreslosunda oturan Brilliant ləqəbli qanuni oğrunu özünə aşiq etdi. Manının mətninə diqqət etsək, Murkanın dövlət adamı olduğunu müəllif yaxşı bilirdi. Arxiv sənədlərində kapitan olduğu üzə çıxan Klimovanın əsl kimliyi illər sonra üzə çıxdı. Gənc yaşda bir neçə dəfə öldüyü iddia olunsa da Murkanın uzun ömür sürdüyü bildirilir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127612

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930