Bakıda məktəbli qızları aldadıb fahişə kimi satan şəxsin şok əməlləri

11.06.2019 - 23:44

Bakıda məktəbli qızları fahişəliyə cəlb edən şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. News24.az-ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində Mehdiyev Cəlal Əli oğlu barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
İstintaq zamanı məlum olub ki, Cəlal Meydiyev qızları sosial şəbəkə vasitəsi ilə ələ alaraq onları fahişəliyə cəlb edib. Iş üzrə 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.Qeyd edək ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun instagramda məktəbli qızları tora saldığı üzə çıxıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128892

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930