İstirahət günlərinin HAVASI

13.09.2019 - 17:51

Azərbaycanda istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazdasəhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 22-26, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəbəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 13-17 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasındahavanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.

Aran rayonlarındahavanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-dahavanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

Paytaxtdaisə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=132992

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031