Masallıda bəy toyda gəlinsiz qaldı, amma…

18.09.2019 - 09:51

Masallı rayonunun Xocavar kəndində bəyin kobud hərəkəti nəticəsində toyda gəlinsiz qalması barədə dünən xəbər vermişdik. Məlumata görə, bəy bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə şillə vurub.
Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 02.00-a qədər toy olub, vur-çatlasın davam edib. Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.
Bu gün rayon sakinləri bəyin gəlinə şapalaq vurmasının səbəbini Milli.Az-a yazıblar. Qonşu kənddən olan qızla oğlan bir ay əvvəl nişanlanıblar. Toy günü gözəllik salonunda gəlinin bəylə gəlinlik paltarı üstündə mübahisəsi düşüb. Gəlinin açıq-saçıq gəlinlik paltarı seçməsi bəyin xoşuna gəlməyib. Qız isə israrla həmin paltarı geyinəcəyini bildirib. Bəy isə dözməyərək ona bir şapalaq vurub. Sonda isə ailə qurulmadan dağılıb.//Milli.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133209

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930