“Dövlət hər uşağı olan ailəyə ayda 100, 200 manat verməlidir” – DEPUTAT

18.09.2019 - 16:22

“Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Araz Əlizadə deyib.

Millət vəkili Azərbaycanda 3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib.

“3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib. Dövlət hər uşağı olanailəyə hər ay mütəmadi 100 manat, 200 manat pul verməlidir. Çünki həmin uşaqlar böyüyüb Vətən övladları olacaq.Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et! Vətən də övlad üçün nə isə etməlidir. Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?!”, – deyə A. Əlizadə vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930