Dünyada hər 11 saniyədə bir hamilə qadın və ya yeni doğulan körpə ölür

19.09.2019 - 16:32

ed825c63-b3c1-4849-8c83-49b4aad443d4“Qadınlar və yeni doğulan körpələr doğuş zamanı və ondan dərhal sonra ən həssas subyektlərdir. Hesablamalara görə, dünyada hər il 2,8 milyon, hər 11 saniyədə isə bir hamilə qadın və yeni doğulmuş körpə ölür”. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq ölümü ilə bağlı hesabatında əksini tapıb.

Daha yaşlı uşaqlar da risk qrupuna daxildir. 2018-ci ildə dünyada yaşı 15-ə qədər olan 6,2 milyon uşaq ölüb, onlardan da, təxminən, 5,3 milyonu uşaqların həyatının ilk 5 ilində olub. 2017-ci ildə isə 290 mindən çox qadın hamiləlik və doğuş zamanı yaranmış ağırlaşmadan ölüb.
Qeyd olunur ki, dünyada əldə olunan irəliləyişlərə və uşaq ölümünün azalmasına baxmayaraq, doğuşdan dərhal sonra və ya həyatın ilk illərində uşağın ölüm təhlükəsi yüksək olaraq qalır.
Eyni zamanda ÜST qeyd edir ki, 2000-ci ildən bu yana uşaq ölümü yarıbayarı, ana ölümü isə üçdə bir nisbətdə azalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930