Bakıda bu binaların sakinlərini köçürməyə başladılar – SİYAHI

21.10.2019 - 15:22

Nazirlər Kabineti 2019-cu ilin əvvəlində paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul edib və artıq Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonundan sonra Binəqədi, Yasamal, Səbail, Suraxanı və Xətai rayonunda da olan qəzalı binalardakı sakinlərin köçürülməsinə başlanılacaq.
Sözügedən qəzalı binalar bunlardır:
– Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41,
– Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A.,
– Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150,
– Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51,
– Suraxanı rayonu, Park küç., 32,
– Suraxanı rayonu, S.Bəhlulzadə dön., 17 ev 15,
– Suraxanı rayonu, İ. Məmmədov küç. 6,
– Suraxanı rayonu, İ. Məmmədov küç. 8,
– Xətai rayonu, General Şıxlinski küçəsi 42.
Qeyd edək ki, Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 bina mövcuddur. Onlar Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanlarındakı köhnə tikililərdir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135007

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930