RAMİZ MEHDİYEV VƏ DAHA KİMLƏR?… – Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!

22.10.2019 - 10:18

“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.

Bunu prezident İlham Əliyev bu gün baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.

Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: “Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: “Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

Qeyd edək ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi.  O, yeni  Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirmişdi.

Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”, – Prezident bəyan etmişdi.

Dövlət başçısı oxşar fikirləri bundan əvvəl keçirdiyi müşavirələrdə, görüşlərində də açıqlayıb. Ancaq bu gün Prezidentin iqtidar komandasında təmsil olunan yaşlı məmurlara daha açıq mesaj verdiyini söyləyə bilərik. Dövlət başçısı həm Hacıbala Abutalıbovla, həm də Əli Həsənovla görüşdə daha gənc nəslə yol vermək lazım olduğunu bildirib. Eyni zamanda yaşlı məmurları adıçəkilən şəxslərdən nümunə götürərək, istefa verməyə dəvət edib.  Prezident bu zaman kimləri nəzərdə tutduğunu da gizlətməyib – yaşı 70-i keçənləri!

 komanda

“70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – deyə Prezident bir daha nəzakətlə iqtidardakl yaşlı məmurlara postlarını boşaltmağın vaxtının çatdığını xatırladıb.

Onların kimliyi, başda Prezident Administrasiyasının 82 yaşlı başçısı Ramiz Mehdiyev olmaqla, əlbəttə, məlumdur. Hakim komandanın tərkibində yaşı 70-i keçənləri müəyyənləşdirmək elə də çətin deyil.

Maraqlıdır ki, onlar Prezidentin bu dəvətini qəbul edərək könüllü istefaya gedəcəklər, yoxsa işdan çıxarılmalarını gözləyəcəklər?

Bunu yaxın günlərdə görəcəyik…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135040

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930