Teatrlar Xadimləri İttifaqının qalmaqallı konfransı başladı – Fotolar

22.10.2019 - 12:20

Bu gün Bakıda Teatrlar Xadimləri İttifaqının növbəti konfransı başlayıb. Musavat.com xəbər verir ki, konfransda mədəniyyət naziri Əbülfəz Qarayev, ittifaqın rəhbərliyi, üzvləri, tanınmış teatr və kino xadimləri iştirak edir.

Qeyd edək ki, konfrans başlanmazdan əvvəl bir qrup media işçisini, o cümlədən “Yeni Müsavat” qəzetinin əməkdaşını tədbirə buraxmaq istəməyiblər. Lakin jurnalistlərin çoxsaylı etirazından sonra digər media işçilərinin də tədbirdə iştirakı təmin olunub.

Tədbiri giriş sözü ilə qurumun indiki sədri, xalq artisti Azərpaşa Nemətov açıb. Xalq artisti ittifaqın konfransını açıq elan edərək, bildirib:

“Konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir. Digər iki nəfər isə üzürlü səbəbdən iştirak etmir”.

Xalq artisti daha sonra hər kəsi ittifaqın gördüyü işləri əhatə edən videoçarx izləməyə dəvət edib.
Hazırda konfrans öz işini davam etdirir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, ittifaqın bu tədbiri ətrafında qalmaqallar gedir. Belə ki, qurum sədrliyinə öz namizədliyini irəli sürən xalq artisti Afaq Bəşirqızı bir müddət bundan əvvəl qurultayın şəffaf keçirilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlanmış, Azərpaşa Nemətov barəsində ağır ittiham lar səsləndirmişdi.

Onu da əlavə edək ki, ittifaqın üzvü xalq artisti Şəfiqə Məmmədova, xalq artisti, rejissor Eldar Quliyev iştirak etmir. Ölkə.az saytının yazdığına görə xalq artistləri seçkinin qeyri-şəffaf keçirilməsinə etiraz edərək, konfransı boykot ediblər.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135065

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031