Pensiya yaşını keçən yüksək vəzifəlilərin SIYAHISI

22.10.2019 - 16:18

“Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Sözsüz ki, ölkə başçısı İlham Əliyevin baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə səsləndirdiyi bu fikirlər iqtidar komandası üçün önəmli bir mesajdlr.

Eyni fikri baş nazirin digər müavini Əli Həsənovla görüşdə də səsləndirməsi, həmçinin son iqtisadi müşavirədə islahatlarla bağlı verdiyi açıqlamalar Prezidentin hakim komandada ciddi islahatlar aparmaqda qərarlı olduğunu sübut edir. Bu səbəbdən yaxın zamanda hökumətdə və ümumilikdə iqtidar komandasında ciddi kadr dəyişikliklərinin və yenilənmənin müşahidə olunacağı gözlənilir.

Ölkə başçısının pensiya yaşı çatmış və yaşı 70-i keçmiş məmurlarla bağlı çağırışının konkret olaraq  kimlərə ünvanlandığı barədə dəqiq bir şey deyə bilmərik. Lakin hakim komandada təmsil olunan məmurların yaşı ilə əlaqədar apardığımız kiçik araşdırma göstərir ki, yaşı 70-i keçmiş iri ranqlı məmurlar az deyil.

Ramiz Mehdiyev –  81 yaş. 1995-ci ildən  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.

Yaqub Eyyubov – 74 yaş.1999-cu ildən Baş Nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir.

Ramil Usubov – 71 yaş. 1994-cü ildən Daxili İşlər naziri, 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibidir.

Əhməd Əhmədzadə – 74 yaş.  2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Hazırda hökumətin üzvü olmasa da iqtidar komandasının təmsilçisi sayılır.

Akif Əlizadə – 85 yaş.  2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Əlizadə də iqitidar komandasının təmsilçisi kimi rəsmi protokola daxil edildiyindən Prezidentin çağrışı ona da aiddir.

Oqtay Şirəliyev – 69 yaş. 2005-ci ildən Səhiyyə naziridir. Şirəliyev hələ 70 yaşı keçməsə də Prezidentin tövsiyyəsini ona da aid etmək olar. Həm 70 yaşına çox az qaldığından, həm də səhiyyənin idarəçiliyində yaratdığı problemlərə görə.

Ümumiyyətlə, nəzərə alsaq ki, ölkə başçısı H.Abutalıbovla görüşərkən söylədiyi fikirlərdə təkcə 70 yaşı keçən məmurlar deyil, pensiya yaşına çatanlardan da söhbət gedir, o zaman bu siyahıya Elman Rüstəmovu – 67 yaş(1995-ci ildən Mərkəzi Bankın sədridir) və Əli Əhmədovu – 66 yaş (1999-cu ildən YAP-ın İcra katibi, 2005-ci ildən YAP Sədrinin müavini, 2013-cü ildən Baş Nazirin müavinidir) də əlavə etmək olar.

Cəmiyyəti maraqlandıran suallardan biri isə budur – 75 yaşlı Hacıbala Abutalıbovla 71 yaşlı Əli Həsənovdan ilk olaraq kimlər nümunə götürəcək və kimlər Prezidentin tövsiyəsinə əməl edəcək? Yəqin ki, bu sualın cavabı çox yaxın zamanda məlum olacaq…

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135107

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930