Məhərrəm ayı ilə bağlı keçirilən monitorinqin nəticəsi AÇIQLANIB

01.11.2019 - 17:57

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı monitorinqlərə əsasən, 2019-cu ilin sentyabr-oktyabr aylarına təsadüf edən Məhərrəm ayı mərəsimlərində ciddi qanun pozuntuları və neqativ hallar qeydə alınmayıb”.

Bunu Məhərrəm ayında keçirilən monitorinqin nəticələri ilə bağlı APA-nın sorğusuna cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib. Onun sözlərinə görə, 2019-cu ildə bu məqsədlə Dövlət Komitəsində Tədbirlər Planı hazırlanıb: “Həmin plana uyğun olaraq, sözügedən mərasimlərin xalqımızın milli-mənəvi dəyərlərinə, İslam dininin əxlaq prinsiplərinə və ölkə qanunlara uyğun, sivil və insidentsiz şəkildə həyata keçirilməsi üçün bir sıra maarifləndirici tədbirlər görülüb. Zəncir vurmaq və ya kəsici alətlərlə özünə xəsarət yetirmək kimi heqativ halların, habelə xurafat elementlərin qarşısını almaq üçün digər qurumlarla, xüsusilə də Qafqaz Müsəlmaları İdarəsi ilə birgə fəaliyyət istiqamətləri müəyyən olunub. Qanvermə aksiyalarında iştirak edənlərin sayında hər il olduğu kimi bu il də artım müşahidə olunub. Ümumilikdə, bu il mərasimlər sivil qaydada, xalqımızın milli-mənəvi dəyərlərinə və İslamın əxlaq prinsiplərinə uyğun həyata keçirilib”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayı başlayan zaman bildirmişdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə monitorinqlər həyata keçirir: “Monitorinqlərə əsasən, Məhərrəm ayı ilə bağlı məscidlərdə keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin bu ayla bağlı fətvasına uyğun keçirilir. Monitorinqin keçirilməsində məqsəd odur ki, mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi yoxlanılsın. Biz bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənara çıxma halları və yaxud qanun pozuntusu olursa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar edilməsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135723

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031