“Bakı Metropoliteni” daha bir stansiyanın tikintisini başa çatdırıb

08.11.2019 - 14:26

505dc53d832178d“Şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb ki, bu işlər gələn ilin ortalarında aparılacaq”.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən qəsəbəsində, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq.

“Bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb. Dördüncü, şərti adı “104” olan stansiyanın, və “Depo Xocahəsən”in tikintisi davam etdirilir. Bu sxem üzrə “Bənövşəyi xətt” Qaraçuxur qəsəbəsinədək çatdırılacaq”, – deyə Ə. Osmanov qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930