“Kürdüstan”ı dəstəkləyən azərbaycanlı məmurdan YENİ XƏBƏR

09.11.2019 - 13:16

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyev barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib.
BakuPost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə bağlı kassasiya şikayəti yazıb.
Kassasiya şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.
Qeyd edək ki, F.Tanırverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.
Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F. Tanırverdiyev tutduğu vəzifədən azad edilib.
Ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib.
Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.
Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930