Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir

13.11.2019 - 16:25

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir.

APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.

O bildirib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: “Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə mən təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq. Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır. Büdcəsinin gəlirləri 27 milyard manata çatan bir ölkədə o qədər pul deyil ki, bu məsələyə diqqət yetirilməsin”.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=136417

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031