Sabah hava necə olacaq? – PROQNOZ

15.11.2019 - 13:24

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumatına görə, günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  11-14, Bakıda gecə 8-10, gündüz  12-14 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65  faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi  şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136548

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930