Tanınmış biznesmen arvadının sevgilisini tutdurub? – FAKTLAR

30.11.2019 - 14:27

Tanınmış biznesmenin arvadı sevgilisi tərəfindən şantaj olunub? – ŞİKAYƏT

Bakıda dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Pirişov Elçin Rafiq oğlunun qardaşı Elnur Pirişov redaksiyamıza müraciət edərək qardaşına şər-böhtan atıldığını iddia edib. Bakupost.az-ın məlumatına görə, qardaşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “Həmin hökmdən qanunla nəzərdə tutulan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən olunmuş 20 gün müddət keçdikdən sonra protest verilmədiyindən hökm qanuni qüvvəsini almış və icra edilmişdir. 2019-cu ilin mart ayında qardaşımın cəzaçəkmə müddəti başa çatdığından səbirsizliklə həmin günü gözləyirdik. Lakin hökmün çıxarılmasından 4 ay müddət keçdikdən sonra bizim ailəmizə qarşı misli görünməyən qanunsuzluqlar edilməyə başladı. Belə ki, dövlət ittihamçısı hökmün çıxarılmasından 4 ay müddət keçdikdən sonra heç bir əsas olmadan qardaşımın cəzasının ağırlaşdırılması barədə apellyasiya protesti vermişdir. Qanunda apellyasiya protestinin verilməsi üçün 20 gün müddət nəzərdə tutulmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramov heç bir səbəb və qanuni əsas olmadan 4 aydan sonra verilmiş apellyasiya protestini qanunsuz olaraq icraata qəbul etmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib” E. Pirişov qeyd edib ki, baş verən haqsızlıqlar azmış kimi Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində qardaşı barəsində olan cinayət işi heç bir zərurət olmadan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən götürülüb və istintaq aparılmağa başlanıb: “Qardaşımın saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə görüşü və telefonla danışmaq hüququ dərhal müstəntiq Orxan Babayev tərəfindən məhdudlaşdırılıb. Bununla da, məhkum olsa belə qardaşımın bütün Konstitusion hüquqları pozulub. Açıq-aşkar görünür ki, qardaşıma qarşı məlum olmayan səbəblərdən qərəzli və sifarişli qaydada iş aparılır. Çünki qardaşım tərəfindən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aidiyyəti olmayan bir cinayət törədilmədiyi halda, cinayət işinin həmin idarə tərəfindən götürülməsi birmənalı şəkildə həmin işdə hansısa söz sahibi olan vəzifəli bir şəxsin marağı olmasının göstərcisidir”. Həbsdə olan şəxsin qardaşı bəzi faktları da ortaya çıxarıb: “Elçin 2012-ci ildən Yusifzadə Aynurə Əvəz qızı adlı xanımla tanış olub və xanım ailəli olmasına baxmayaraq Elçin Pirişovla gizli şəkildə sevgili münasibətlərini davam edib. Sevgi macəraları yaşadıqları dövrdə Aynurə Yusifzadə müxtəlif bəhanələrlə Elçindən külli miqdarda pul vəsaitini borc kimi alıb və sonradan qəfildən ərinin Elçinlə gizli münasibətlərindən xəbər tutduğunu bildirərək, Elçinlə əlaqələrini kəsib. Bir müddətdən sonra Elçin Aynurənin pulları qaytarmamasını görüb ona borc aldığı pulları geri qaytarmasını bildirib. Bununla da Elçinin qara günləri başlanıb. Elçinin borcunu tələb etdiyi andan Aynurənini ərindən Elçinə zənglər gəlməyə başlayıb və Elçinə hədə-qorxu, təhdidlərlə bildirilib ki, borc verdiyin pulları unut, yaddan çixart, əks halda sənin üçün böyük problemlər yaradacağıq. Hazırda isə Aynurə Yusifzadə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cənayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan iş üzrə Elçinə qarşı guya Elçinin ondan hədə-qorxu ilə pul tələb etməsi barədə ifadə verir. Əsl məqsəd isə Elçinin ondan borc kimi verdiyi pulları geri tələb etməməsidir. Bütün bunların isə əsas təşkilatçısı Aynurənin NLT telekom və Caliano restoranlar şəbəkəsinin rəhbəri olan əridir. Həmin şəxs ictimaiyyət arasında tanınan şəxs olduğundan onun adını hallandırmağı etik bilmədik. Lakin verilən məlumata görə onların bu planlı oyunlarını qurbanı tək Elçin Pirişov yox, digər şəxslər də mövcuddur. Həmçinin Elçin Pirişovun Türkiyədən bank vasitəsilə Aynurəyə pul göndərməsi barədə qəbzlər, Türkiyədə otellərdə eyş-işrət məclisləri qurması barədə fotoşəkillər mövcuddur, həmin sübutlar istintaqa və mətbuata təqdim olunacaqdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=137645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930