“Bakcell” korporativ müştərilərə yeni tarif paketi təqdim edəcək

11.12.2019 - 13:33

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti korporativ müştərilərə yeni tarif paketi hazırlayıb.

Şirkətdən “Cümhuriyyət”ə verilən məlumata görə, dekabrın 21-dən etibarən yeni nömrə əldə edən korporativ müştərilərə “Business Freedom” tarifinin əvəzinə “Business Sapphire+” tarifi təklif olunacaq.

Qeyd edək ki, “Business Freedom” tarif paketi çərçivəsində (aylıq abunə haqqı 1 manat olmaqla) müştərilərə şirkətdaxili pulsuz zənglər təklif olunurdu. Ölkədaxili bütün istiqamətlərə edilən zənglərin qiyməti isə 0,03 manat təşkil edirdi. Bu tarif planına qoşulma artıq dayandırılıb.

“Business Freedom” tarif paketindən fərqli olaraq, “Business Sapphire+” tarifində aylıq abunə haqqı 2 manat, ölkə daxilində istənilən istiqamətə edilən zənglərin qiyməti isə 0,04 manat təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031