İLYAS İSMAYILOV OĞLUNUN QATİLİ İLƏ ÜZLƏŞDİ – “Səni heç vaxt bağışlamayacam”
İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir.
Türkiyə mediasının məlumatına görə, oğlu qətlə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.
G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək, E.İsmayılovu “məcburən” öldürdü yünü iddia edib.O, cinayətinə haqq qazandırmaq üçün, E.İsmayılova borc aldığını da danıb. 4 milyon dollarlıq borc haqda sənədin ona “zorla imzalatdığını” bildirib.
Short URL: https://www.cumhuriyyet.net/?p=138740